At siqareti!
Siqaret həyata düşməndir, düşmən,
Düşmənə yox, həyata ver qiyməti.
Siqaretə görə əl açma heç vaxt,
Hörmətli ol, özünə qoy horməti.
Çalış çəkməyəsən, at siqareti.
O ki, siqareti yaradan insan,
Çoxun məhrum edib sağlam canından.
Soruşsam deyərsən doymuram ondan,
Onun ki, yox nə bir qanı, nə əti.
Gəl çəkmə, kənara at siqareti.
Diqqət! Təhlükədi siqaret, dayan!!!
Bu siqaret qəflətindən tez oyan.
Neçəki canına edirsən ziyan,
Çökdürər gözünə bir gün zülməti.
Yazıqsan, kənara at siqareti.
Canının qədrini, qiymətini bil,
Sağlamlıq ki, getdi, qayıdan deyil.
Siqareti unut, yaddaşından sil,
Sözündə möhkəm ol, fikrində qəti.
Ömürlük kənara at siqareti.
Nurlan, nə qədər ki, bu siqaret var,
Çoxunun canına salacaq azar.
Sürətlə böyüyən bu çirkli bazar,
Uçuruma aparır cəmiyyəti.
Dözümlü ol, çəkmə, at siqareti.
Şerin müəllifi və şeri səsləndirən: NURLAN MƏMMƏDLİ
0 Yorumlar